"Müdafiə Xətti" hakimiyyəti ifadə azadlığını pozmamağa çağırıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, "Müdafiə xətti" hüquq müdafiə təşkilatı iyul ayında ölkədə insan hüquqlarının pozulması haqqında hesabatını dərc edib.

Bu gün keçirilən brifinqdə təşkilatın icraçı direktoru Rüfət Səfərov son vaxtlar ölkədə siyasi fəalların və jurnalistlərin sosial şəbəkədə yazdıqları statuslara görə Baş Prokurorluğa çağrılmasına diqqət çəkib.

Brifinqdə siyasi fəal Bəxtiyar Hacıyev də çıxış edib. O qeyd edib ki, Daxili İşlər Naziri Vilayət Eyvazov ona söz versə də, ona və digər fəallara qarşı təzyiqləri və təhdidləri hələ də araşdırmayıb.