Məsum imamın (ə) istiğfar etməsinin səbəbi

Bağışlayan və Mehriban Allahın adı ilə
Məsum imamın (ə) istiğfar etməsinin səbəbi
Sual: Nəhcül-Bəlağədə gəlmişdir ki, Həzrət Əli (ə) öz Allahı ilə münacat edirdi və bu duanı oxuyurdu:
اللهم اغفر لی ما أنت أعلم به منی، فإن عدت فعد علیّ بالمغفرة، اللهم اغفرلی ما وأیت من نفسی و لم تجد له وفاء عندی، اللهم اغفر لی ما تقربت به إلیک بلسانی ثم ألفه قلبی، اللهم اغفر لی رمزات الألحاظ و سقطات الألفا وشهوات الجنان و هفوات اللسان
İlahi, mənim barəmdə məndən daha çox bildiyin əməllərimi bağışla! Əgər yenə də günah etsəm, o günahlarımı da bağışla! İlahi özümlə bağladığım vədlərə əməl etmədiyimə görə məni bağışla! İlahi, dilimlə özümü sənə yaxınlaşdırmışam, lakin qəlbimdə onunla müxalifət etmişəm, bu əməlimi bağışla! İlahi, bihudə baxışlar, danışıqlar və səhvlərimi bağışla!
O, dua edir ki, Allah Təala onun günahlarını bağışlasın! Bunun sizin iddia etdiyiniz ismətlə ziddiyyəti vardır. Əgər Həzrət Əli (ə) məsumdursa, onda öz münacatlarında bu istiğfarının nə mənası vardır?

Cavab: Peyğəmbərlərin (ə), İmamların (ə), xüsusilə Həzrət Əlinin (ə) sifətlərindən biri də məsumluq sifətidir. İsmət bir mələkədir (daxili xüsusiyyətdir) ki, insanın düşüncə və təfəkküründə elmi və əməli baxımdan hər cür cəhalət, xəta, səhv, unutqanlıqdan insanı qoruyur. Buna əsasən məsum insan həm elm sahəsində düzgün olmayan düşüncələrdən uzaqdır, həm də əməl sahəsində rəva olmayan işlərdən qorunur.  
Bu dəlilə əsasən, İmamlar (ə) imamətin uca məqamına yetişməyə ləyaqət əldə etmiş və bu məqama təyin olunmuşlar.  
İmamlar (ə) yaradılış aləminin cövhəri, Allahın hidayətinin məzhəridirlər və ya Allahın hidayətini aşkara çıxaranlardır. Təkcə onların sözü, rəftarı, sükutu hidayət deyil, onlar hidayətin meyarıdır. Bu meyarla azğınlıq, iman və küfr aydın olur. Buna görə də onların sözü, sirəsi Allaha doğru gedən hər kəs üçün hüccətdir. Çünki onlar məsumdur və məsumun sirəsində heç bir naqislik, azğnlıq mövcud deyildir. Bu öz yerində əqli və nəqli dəlillərlə sübut olunub.  
Deyir: Peyğəmbərlər (ə) və İmamlar (ə) həmişə Allahı yad etməyə çalışmışlar və Allaha yaxınlıq məqamının ən üstün məqamlarına yetişmişlər. Həmişə bu düşüncədə olmuşlar ki, məbada bir an belə Allahı yad etməkdən qafil olsunlar. Əgər bu uca məqamdan bir az aşağı düşəndə və ehtiyac üzündən yemək-içmək kimi, ictimai işləri həll etmək kimi işlərə müdaxilə edəndə, bu işləri özləri üçün Allahı yad etməkdən kənar düşdüklərinə görə böyük günah hesab etmiş və istiğfar etmişlər. 
Lakin Əhli beytdən (ə) bizə yetişən dualarda görürük ki, onlar Allahdan bağışlanmaq diləmişlər və ya özlərini günahkar hesab etmişlər. Məsələn, Əmirulmöminin (ə) öz münacatında buyurur:

İlahi, qəflət məni bürüyən zaman kaş biləydim ki, halım necə olacaq! Görəsən, məndən üz döndərmisən, ya mənə nəzər salmısan?

Məsum bu duanı günah etdiyi üçün etməmişdir. Lakin deməliyik ki, qəflətin bir sıra mərtəbələri vardır. Məsuma aid olan mərtəbəni dərk etməkdə bizim naqis ağlımız acizdir. Məsumun, məsələn, yemək yeyən zaman və ya digərləri ilə danışan zaman onun namazda olduğu kimi Allaha tam diqqəti olmur. Bu nöqsanı özləri üçün qəflət və günah hesab edirlər, bunun üçün də Allahdan bağışlanmaq diləyirlər. Bu onların məqamının əzəmətli olmasının, ədəb və ibadətlərinin davamlı olmasının göstəricisidir. Əslində isə onlar hər növ böyük və kiçik günahlardan və məkruh işlərdən uzaqdırlar. 
Məsumlar daim İblis və digər şeytanlarla qarşıdurmadadırlar və daim əxlaqi və mənəvi çalışmalarda səy göstərirlər. Bütün bunlara baxmayaraq onlar heç vaxt yollarını azmamışlar. Qurani Kərim Peyğəmbər (s) barəsində buyurur:
 وَ إِن کَادُواْ لَیَفْتِنُونَکَ عَنِ الَّذِى أَوْحَیْنَا إِلَیْکَ لِتَفْترَىَ عَلَیْنَا غَیرْهُ وَ إِذًا لاَّتخَّذُوکَ خَلِیلًا لَوْ لَا أَن ثَبَّتْنَاکَ لَقَدْ کِدتَّ تَرْکَنُ إِلَیْهِمْ شَیْا قَلِیلاً

Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər. Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.    ”Qəflətin bir sıra mərtəbələri vardır. Məsuma aid olan mərtəbəni dərk etməkdə bizim naqis ağlımız acizdir. Məsumun məsələn yemək yeyən zaman və ya digərləri ilə danışan zaman onun namazda olduğu kimi Allaha tam diqqəti olmur. Bu nöqsanı özləri üçün qəflət və günah hesab edirlər, bunun üçün də Allahdan bağışlanmaq diləyirlər.”
Buna əsasən məsumların uzaqlaşa bilmədiyi və onların aradan aparılması üçün ah-nalə etdikləri günahlar Allahın haram buyurduğu məsələlərdən deyil. Əksinə məsum nə qədər Allah dərgahına yaxın olsa, Allah onun əməlinin ölçüsünə daha da diqqət yetirər. Onun günah hesab etdiyi işlərin yanından adi insanlar sadəlik və rahatlıqla keçə bilir. 
Mərhum Ərbili yazır:
Peyğəmbərlər (ə) və İmamlar (ə) həmişə Allahı yad etməyə çalışmışlar və Allaha yaxınlıq məqamının ən üstün məqamlarına yetişmişlər. Həmişə bu düşüncədə olmuşlar ki, məbada bir an belə Allahı yad etməkdən qafil olsunlar. Əgər bu uca məqamdan bir az aşağı düşəndə və ehtiyac üzündən yemək-içmək kimi, ictimai işləri həll etmək kimi işlərə müdaxilə edəndə, işləri özləri üçün Allahı yad etməkdən kənar düşdüklərinə görə böyük günah hesab etmiş və istiğfar etmişlər.

Cəvadi Amuli, Əli (ə) muzhire əsmaye ilahi, s. 107-108; Mərkəze nəşre Esra, 2-ci çap, 1385 h. ş

Seyid Şəhid Əbdülhüseyn Dəstğeyb, 1000 sual, s. 19
  İsra 73-74, Təfsir əl-mizan, Muhəmməd Baqir Musəvi Həmədaninin tərcüməsi, c. 13, s. 238, Enteşarate Eslami
  Təfsir əl-mizan, c. 6, s. 366, Bir az fərqlə

Əli ibn İsa Ərbili, Kəşf əl-ğummə, c. 3, s. 45; Qum elmi çapxanası