MOSSAD-ın Türkiyədəki casusluq fəaliyyəti ifşa edilib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Əl-Cəzirə kanalı MOSSAD-ın Türkiyədə yeni casusluq fəaliyyətini ifşa edib.
O, bu kanalda yayımlanan “Ən gizli, ən böyük” proqramında sionist rejim kəşfiyyatının Türkiyədəki yeni fəaliyyətlərini açıqlayıb.
Bu proqramda ərəb universitet tələbələrinin, xüsusilə də təhlükəsizlik və digər mühüm sahələrdə təhsil alan fələstinlilərin MOSSAD-da işə götürülməsinin istənildiyi bildirilib.
MOSSAD-ın məqsədinin Türkiyədə casus qrupları yaratmaq və Fələstin müqavimət liderləri haqqında məlumat toplamaq olduğu bildirilib.
Fələstin rabitə mərkəzi isə MOSSAD əməkdaşlarının bank köçürmələri və hesab məlumatlarının bu istiqamətdəki iddiaları sübut etdiyini açıqlayıb.