Məleykə Abbaszadə: Universitetlərə dövlət sifarişli yerlərin sayı artıb

"Ötən illə müqayisədə ümumilikdə dövlət sifarişli yerlərin sayı 5 faiz, yəni 1185 yer artıb". 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib. 

O bildirib ki, I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 820, IV qrup üzrə isə 75 yer artıb ("Report").