Məktəbdə şagirdlər üçün namaz otağı açıldı

Böyük Britaniyanın Derbi şəhərində yerləşən orta məktəb müsəlman şagirdlərin rahat şəkildə ibadət etmələri üçün xüsusi yer ayırıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verr ki, bu addım məktəb direktoru müsəlman şagirdlərin rahat şəkildə namaz qılmaları üçün şəraitin olmadığını müəyyən edəndən sonra atılıb.

8-ci sinifdə oxuyan Ruhan Rizvan da hər gün məktəbdə öz ibadətini yerinə yetirən şagirdlərdən biridir.

Mən məktəbimizdə müsəlmanlara göstərilən diqqəti çox yüksək qiymətləndirirəm“, – deyə o qeyd edib.