“MKİ direktoru Burns Ukrayna lideri Zelenski ilə görüşüb”

İddia olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns ötən həftə Kiyevə səfər edib və burada Ukrayna prezidenti Zelenski və ukraynalı həmkarları ilə bölgədəki gərginliyi və bu gərginliyin azaldılması səylərini müzakirə edib.

Sputnik-in xəbərinə görə, CNN müxbiri Nataşa Bertran öz Twitter hesabında MKİ direktoru Uilyam Burnsun ötən həftə səfər etdiyi Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və ukraynalı həmkarları ilə görüşdüyünü və bölgədəki gərginliyin azaldılması istiqamətində görülən işlərdən danışıb. Bertrand adı açıqlanmayan mənbəyə istinadən bildirib: “Burns ötən çərşənbə günü Kiyevə əvvəlcədən planlaşdırılan səfər edib və orada Rusiyanın Ukraynaya təcavüzünün davam etdirilməsi ehtimalı ilə bağlı həmkarları ilə görüşüb”. Tərəflərin Ukraynanın üzləşdiyi riskləri qiymətləndirdiklərini izah edən mənbə, "Səfər zamanı Burns son vəziyyəti və prezident Zelenski ilə gərginliyi azaltmaq üçün səyləri müzakirə etmək fürsəti əldə etdi" deyə bildirib.