Əmir Abdullahiyan İsmayıl Haniyə ilə görüşüb

Qətərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Dohadakı səfirliyində Həmas Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Abdullahiyan bu görüşdə İran İslam Respublikasının Fələstin məsələsində prinsipial baxışını açıqlayıb. O, sionist işğalçıların Qüds, Məscidül-Əqsa, Qəzza və işğal olunmuş Fələstin torpaqlarına qarşı vəhşi cinayətlərini, işğalçı rejimin Fələstin xalqı və müqəddəsliyinə qarşı təcavüz və cinayətlərini İslamın qəlbində qanayan problem olaraq pisləyib. Eyni halda İran İslam Respublikasının xalqın qanuni müdafiəsində dəstəyini və sionist rejimin işğalına qarşı Fələstin müqavimətini dəstəklədiyini vurğulayıb.

HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə də sionist rejimin davam edən təcavüzü ilə mübarizədə Fələstin xalqına verdiyi dəstəyə görə İran İslam Respublikasına təşəkkür edib. O, rejimin üsyanlarına qarşı qətiyyətli mövqe tutmaq üçün islam, ərəb və beynəlxalq mövqelərin səfərbər edilməsinə çağırıb.