Əmir Abdullahiyan İslami Cihad Hərəkatının lideri ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhale ilə görüşüb.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Əmir Abdullahiyan bu görüşdə vurğulayıb ki, İranın sabit siyasətləri Fələstin davası və sionist aparteid rejiminin təcavüz və genişlənmə siyasətinə qarşı günahsız Fələstin xalqının müqavimətini dəstəkləməkdə davam edir.

Sionist rejim və ABŞ-ın müqavimət qarşısında məğlub olduğunu vurğulayan Əmir Abdullahiyan bunun fələstinlilər üçün yeni şərait yaratdığını qeyd edib.

Əmir Abdullahiyan deyib ki, İslam ölkələri arasında yaxınlaşmanı gücləndirməklə düşmənlərin Qüds davasını zəiflətmək cəhdlərinin uğursuzluğa düçar olacağına ümid edir.

Xarici işlər naziri Əmir Abdullahiyan bölgədəki İslami müqavimətin və Fələstinin, bölgə xalqlarını və Fələstinin əvəzsiz hüquqlarını qətiyyətlə müdafiə edəcəyinə inandıqlarını bildirib.

Nəhalə deyib ki, onlar müqaviməti Fələstin xalqını müdafiə etmək və işğalçıları Fələstin torpaqlarından qovmaq üçün yeganə variant kimi görürlər.

İslami Cihad Hərəkatının baş katibi həmçinin İranın Fələstin xalqına verdiyi dəstəyə görə təşəkkür edib.