Merkelin partiyası kansler vəzifəsinə namizəd seçib

Almaniya kansleri Angela Merkelin üzvü olduğu hakim “Xristian-Demokrat İttifaqı” partiyası federal hökumətin başçısı vəzifəsinə öz namizədini seçib.

 

Partiyanın idarə heyəti 31 səslə Armin Laşetin namizədliyini təsdiq edib.

 

Kansler Angela Merkelin vəzifədə olma müddəti bu il başa çatacaq. O, “Xristian-Demokrat İttifaqı” partiyasının sədri kimi namizədliyini irəli sürməyib.