Merkel İsraildə : İsti qarşılama və mübahisəli vida-VİDEO

Dostluq əlaməti olaraq isti qarşılanma. 
Angela Merkel Almaniya kansleri olaraq sonuncu dəfə İsrailə səfər edib. Bu barədə məlumatı Euronews-a istinadan Operativ.tv-yayıb.
İsrail Nazirlər Kabinetinin iclasında fəxri qonaq olan Merkel, Baş nazir Bennettin müşayiəti ilə Yad Vashem xatirə kompleksini ziyarət edib. Merkel vurğulayıb ki, yəhudi dövlətinin təhlükəsizliyi mövzusu "həmişə Almaniya hökumətinin gündəmində olub" və yeni kanslerin təyin edilməsi ilə bu yanaşma dəyişməyəcək.
Almaniya kansleri Angela Merkel sözünün davamında: "Bu gün Almaniyada antisemitizm artımı yaşanır. Federal hökumət adından bir daha təkrar edirəm ki, antisemitizmin bütün formalarında qətiyyətlə mübarizə aparacağıq."-deyə bildirib.
Öz növbəsində İsrailin Baş nazir Naftali Bennett Merkelə illərdir ki, iki dövlətin münasibətləri "yalnız müttəfiq deyil, dost" halına gəldiyini söyləyib. " Vəzifənizdən ayrılarkən siz, İsrail və Almaniya arasında çox yaxşı bir əlaqəni - Holokostun tanınması, çətin keçmişin anlaşılması, həmçinin İsrail dövlətinin təhlükəsizliyinin gücləndirilməsinə kömək etmənin bəhrələrini miras olaraq buraxırsınız."-deyə əlavə edib.
Merkel, İsrail siyasətinə zidd olan fələstinlilərlə münaqişəni həll etmək üçün iki dövlətin yaradılmasını ən yaxşı yol hesab etdiyini xatırladıb.
Kansler sonunda Almaniya İsrailin də əleyhinə olduğu İranla nüvə anlaşmasını canlandırmağın tərəfdarı olduğunu deyib.