MDB arayışı

2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illiyi qeyd olunur.

1991-ci ildə dağılan SSRİ-yə 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan.

MDB-nin əsasını Rusiya, Belarus və Ukrayna 8 dekabr 1991-ci il sazişi ilə qoyub.

21 dekabr 1991-ci ildə Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan da həmin sazişə qoşulublar.

Azərbaycan parlamenti bu barədə sənədi təsdiqləməyib.

22 yanvar 1993-cü ildə MDB-nin nizamnaməsi qəbul edilib. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb və onlar assosiativ üzv sayılıblar.

20 sentyabr 1993-cü ildə Azərbaycan Milli Məclisi ölkənin MDB-yə qoşulması barədə qərar çıxarıb. Sentyabrın 24-də məsələ həllini tapıb.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Rusiyanın hərbi-siyasi təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edir və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarır…