MBH üzvü oğurlanaraq polis bölməsinə aparılıb

Müsəlman Birliyi Hərəkatının üzvü Vüqar Hacıyev oğurlanaraq polis bölməsinə aparılıb.

Hadisə dünən Ağcabədi rayonunda baş verib.

Bu barədə Vüqar Hacıyevin yaxınları məlumat verib.

Ona polis bölməsində işgəncə verildiyi, narkotiklə şərlənərək cinayət işi açılması istənildiyi deyilib.

Ailəsinin məlumatına əsasən, bu xəbəri olnara adının açıqlanmasını istəməyən etibarlı mənbədən veriblər. 

 

Xatırladaq ki, Hacıyev Vüqar Rizvan oğlu Ağcabədi rayonunun ictimai fəal şəxslərindəndir.

Vətən müharibəsi zamanı cəbhəyə yardım aksiyalarının, həmçinin şəhidlərin dəfn mərasiminin təşkilaçılarından olan Vüqar Hacıyev Müsəlman Birliyi Hərəkatının üzvüdür.