MBH Qüds ilə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Qəzza zolağı da daxil olmaqla Fələstin ərazilərində baş verən hadisələr ilə bağlı bəyanat yayıb.

 

Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən Operativ.tv-yə daxil olan bəyanatı təqdim edirik:

 

"Qüds! Dinlərin mərkəzləşdiyi müqəddəs məkan. Qüds! Özündə İslamla güc tapmış və yüzilliklər boyu tarixi irsin qorunduğu şəhər. İlahi mərhəmətin təcalla etdiyi zirvə, insanlığa çağırış və birlik məbədi. Qüds! Qəlblərin daima hərərətlə döyündüyü vəhdət və ədalət meyarı.

Dini mənbələrə görə indiki Qüds məscidi Kəbədən sonra ikinci ibadət ocağı, dünyanın ikinci məscidi olaraq Allahın əmri ilə Adəm peyğəmbər (ə) tərəfindən inşa edilir. Məkanın ilahi seçimi sonrakı dövrlərdə də digər peyğəmbərlər Musa, İsa, İbrahim, Davud, İlyas, Süleyman (ə) və sairləri tərəfindən ehtiram göstərilən ali məkanlardan biri olur. Öz dövrünün peyğəmbərləri və ümməti bu dəyərləri qorumaqla Qüdsü sonuncu səmavi din olan İslama çatdıraraq onu insanlığa təkcə ibadət məkanı deyil, eyni halda ədalət simvolu olaraq tanıtmaqdadır.

Müsəlmanlrın ilk qibləsi olan bu müqəddəs məkandan Allah Öz peyğəmbəri həzrəti Muhəmmədi (ə) meraca qaldıraraq, yaradılışdan heç bir varlığın qalxa bilməyəcəyi aliliyə yüksəldərək rəsulu ilə həmsöhbət oldu. Bu hadisə Quranın İsra surəsinin ilk ayəsində təsbit olunaraq Allah Rəsulunun (s) simasında İslamın əzəmətini və bu dəyərli məkanın əhəmiyyətini özündə ehtiva edir. Buna görə Qüds İslam dünyasının müqəddəss məkanları arasında yer almaqdadır.

Qüds əsrlərdir ki, müsəlmanların inancını tərənnüm etməsinə baxmayaraq başqa din nümayəndələri üçün də həmişə açıq olub. Elə bu səbəbə görə də Qüds müsəlman, yəhudi və məsihilər də daxil olmaqla dinlərin böyük ehtiram duyduğu məkandır. Lakin tarixin hər bir dönəmində, hətta Fələstinin imperialist istilaçiların əsarəti altında olduğu bir zamanda da Qüds müsəlmanların mərkəzi olaraq, üzərində İslam bayrağı dalğlanıb.

Təəssüf ki, müasir dünyanın demokratiya adı altında İslam dünyasının təbii sərvətləri baxımından istismara məruz qalması Yaxın Şərqdə vəziyyəti dəyişdi və İsrailin qurulmasına gətirib çıxardı. Dünyanın hegemon gücləri müsəlman ölklərinin təbii sərvətlərini mənimsəməklə yanaşı onların bir bayraq altında birləşmə ehtimallarını da gözdən qaçırmırdı. Məkkənin Səud xilafəti əlinə keçirilməsi müsəlman birliyini nəzarət altına almağa hesablanmışdı. Burada yaradılan vəhhabilik birləşmə nöqtəsi deyil, əksinə İslama ləkə olacaq dağıtma siyasəti ilə Qərbin bütün maraqlarına cavab verərək inkişaf etdirilirdi. Lakin İslam dünyası üçün böyük əhəmiyyət daşıyan digər məkan- Qüds də diqqətdən kənar deyildi. Məhz Qüdsün müsəlman dünyası üçün birləşdirici nöqtə olması onu elə dünya güclərinin də hədəfinə çevirəcəkdi. Buna görə də əsrin əvvəllərindən yəhudilərin bu ərazilərə köçürülmə siyasəti gələcək faciələrin əsası olur.

1920-ci ildən başlanan daxili çəkişmələr 1947-ci il Birləşmiş Millətlər Təşkilatının təşəəbbüsü, paylaşma planına əsasən (Birləşmiş Millətlər Baş Məclisi 181 N-li Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan) Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin qurulması qərara alınır. Maraqlı fakt odur ki, BMT hələ o zamanda sonradan ərəb dövlət başçılarının etirazına səbəb olan və yəhudilər tərəfindən rəsmiləşən “Beynəlxalq Qüds rəhbərliyinin qurulması planı”nı da təşəbbüs olaraq irəli sürür. Bu mövcud vəziyyətdən maksimum istifadə edərək Qüdsü nəzarət altına alma planı idi. Lakin o günlərdə Fələstin və İsrail arasında yaranan qarşıdurma və qanlı olaylar bu işi arxa plana keçirir.

1948-ci ildə müstəqilliyi elan olunan İsrail bir il sonra BMT-nin həqiqi üzvü seçilir. Heç şübhəsiz bütün bunlar təsadüf üzündən gerçəkləşmirdi.

Qüdsün işğal tarixi də məhz İsrailin müstəqilliyi ilə aktiv fazaya keçməyə başlayır. 1969-cu ildə Əqsa məscidi yəhudilər tərəfindən yandırılır. Yanğıında məscid ziyan görsə də hadisənin İslam dünyası tərəfindən kəskin qınanması Qüdsün dağıdılma planının qarşısını alır. Lakin bu, Qərbin yardım və dəstəyi ilə İsrailin Fələstin ərazilərini ələ keçirmə planına mane ola bilmir. Qüdsün İsrail nəzarəti altına keçməsi yəhudiləri vəhdət mərkəzinə zərbə endirmək üçün yeni təcavüzə həvəsləndirir. Bu dəfə onlar Süleyman Məbədi təşəbbüsü ilə Əl Əqsa məscidinin ətrafını qazmağa və sonunda məbədinin qalıqlarının məhz Əqsa məscidinin altında qaldığını dyərək məscidin sökülməsi təşəbbüsü ilə planlı olaraq zərbə endirilməyə başlayırlar.

Bu gün Fələstin xalqının canı və qanı bahasına etdiyi mücadilə İslamın vəhdət, mübarizə və azadlıq məbədini, Qüdsü İsrail və ona müttəfiq dövlətlərin pəncəsindən qorumağa çalışır. Heç şübhəsiz bu məsuliyyət təkcə fələstin xalqına aid deyil. Bütün İslam dünyası birlik simvolu olan Qüdsün azadlığı üçün güclərini səfərbər etməli və bəşəriyyətə İslamın həqiqi varlığını göstərməlidir.

 

Müsəlman Birliyi Hərəkatı.

12.05.2021".