MBH-nın şəhid üzvü doğum günündə ziyarət edilib

Bu gün Müsəlman Birliyi Hərəkatının fəal üzvlərindən olan Balazadə Abdullayevin anadan olduğu gündür.

Bununla əlaqədar olaraq MBH rəsmiləri və üzvləri şəhidin evinə gedib, ailəsi ilə görüşüb və məzarını ziyarət ediblər.

Onlar Balazadə Abdullayevin qısa, lakin şərəfli ömür yolundan danışıb, onun əsl vətənpərvər mömin kimi yetişməsinə görə ailəsinə təşəkkür edərək bir daha başsağlığı verib, ruhuna dualar oxuyublar.

 

Qeyd edək ki, Abdullayev Balazadə Qarabağda müharibə başlayanda digər MBH üzvləri kimi könüllü olaraq hərbi komissarlığa getmişdi və cəbhəyə yollanmışdı.  

Şəhid Abdullayev Balazadə Rafət oğlu 1991-ci ilin bu günü dünyaya gəlib. Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olub. 

Allah rəhmət eləsin!