Livan xalqı ABŞ səfirliyinə etiraz edir

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın paytaxt Beyrut şəhərində Mərkəzi Bankın sədri Riyad Salaməyə qarşı başladılan korrupsiya istintaqının dayandırılması tənqid olunur.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, yüzlərlə insan əsasən ABŞ səfirliyinin və Mərkəzi Bankın qarşısına toplaşaraq artıq 3 gündür etiraz aksiyası keçirir.   Buna səbəb olaraq isə ABŞ səfirliyinin Livandakı istintaq orqanlarına Riyad Salamə ilə bağlı təzyiq iddialarının mətbuatda yayılmasıdır.   ABŞ səfirliyi isə iddialara hələki münasibət bildirmir.