Livan oğurlanmış Ukrayna taxılının olduğu gəmini ələ keçirib

Livan Ukraynadan oğurlanmış taxıl daşıyan “Laodecia” gəmisini ələ keçirib. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir  ki, bu barədə Ukrayna XİN məlumat yayıb. 

Nazirlik bildirir ki, təqdim edilən sübutlara baxmayaraq, Livan məhkəməsi Ukraynanın səlahiyyətli orqanlarının mövqeyini nəzərə almayıb və gəmini müsadirə  edib:

"Bu qərar əslində Rusiyanı cəzasızlıq hissi ilə Ukraynanın müvəqqəti işğal olunmuş cənubunda oğurluqları davam etdirməyə sövq edir. Bundan əlavə, belə bir qərarla Livan faktiki olaraq öz ərzaq təhlükəsizliyini pozur, Ukraynanı etibarlı tərəfdaşı kimi uzaqlaşdırır”, - Xarici İşlər Nazirliyi vurğulayıb.