Lionel Messi Çempionlar Liqasında favoritlərini açıqlayıb

“Hamı deyir ki, biz əsas favoritik. Adlara görə iddiaçılardan birinin biz olduğumuzu inkar etmirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri PSJ-nin futbolçusu Lionel Messi deyib.

Argentinalı hücumçu Çempionlar Liqasının favoritlərinin adlarını açıqlayıb: “Amma biz hələ həqiqətən güclü komanda olmalıyıq. Heyətimiz tam oturuşmalıdır. Bizim üstünlüyümüz çox yaxşı futbolçuların olmasıdır. Amma biz tək deyilik, digər əla komandalar da var. Çempionlar Liqası çox çətin turnirdir. Bu da onu gözəl və xüsusi edir. Burada ən yaxşı komandalardır. Bəli, biz favoritlərdən biriyik, lakin yeganə deyilik. “Liverpul” çox yaxşıdır və Çempionlar Liqasını qazanan dövrünü xatırladır. “Mançester Siti”, “Bavariya”, “Real” və “Atletiko” da var. Mükafat uğrunda mübarizə apara biləcək komandalar az deyil. Son illərdə ən rəqabətli, bərabər səviyyəli komandaların çox olduğu mövsümlərdən biridir. Kuboku qazana biləcək bir neçə komanda var”.

Qeyd edək ki, PSJ tarixi ərzində heç vaxt Çempionlar Liqasını qazanmayıb.