Əlilliyi olan pakistanlı xanım beynəlxalq mükafata layiq görüldü

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, əlil insanların hüquqlarını müdafiə edən pakistanlı fəal Tənzilə Xan insanların öz bədənlərindən utanmasından və ya insanların ona yazığının gəlməsindən xoşu gəlmir.

Mən faciələri sevmirəm. Təbii ki, belə şeylər mövcuddur, lakin biz problemlərin həllinə daha pozitiv yanaşmalıyıq. Mən istəyirəm ki, əlilliyi olan insanlara bərabər yanaşılsın“, – deyə o bildirib.

Gənclikdə mən kitablar oxuyarkən və ya seriallar izləyən zaman orada əlil olan bir dənə də personaja rast gəlmədim. O zaman mən özüm üçün qərar verdim ki, mən özüm bu çatışmazlığı düzəldəcəyəm“, – deyə Xan qeyd edib.

O, “Meyvəli söhbət” adlı kitab yazıb. Kitab əlilliyi olan qadınların təhsil, işədüzəlmə, biznesin inkişafı və ailənin qurulmasında üzləşdiyi problemlərə həsr edilib.

Fiziki məhdudiyyətli olan Tənzilə Xan onun üçün lifti olan və ya normal panduslu məktəbin tapılmasının nə qədər çətin olması barədə danışıb. O deyib ki, öz universitetinə yalnız diplomu alan gün gedib.

Gündəlik alış-verilşlərə gəlincə isə, bəzən əlil arabası ilə mağazalara gediş-gəliş mümkünsüz və yerinəyetirilməz bir missiyaya çevrilir. Buna görə də, o, onlayn sifariş edərək təcili çatdırma xidmətinin təqdim edildiyi sayt açıb. Hazırda orada tibbi və gigiyenik vasitələr, həmçinin uşaqlar üçün mallar da təqdim edilib. Gələcəkdə çeşidlərin genişləndirilməsi planlaşdırılır.

Tənzilə Xan etiraf edib ki, Pakistanda onun mübarizəsini, həmçinin onların gündəlik həyatının rahatlaşdırılması üzrə mübarizəsini çox sayda insan dəstəkləyir.

Mən (bu işdə) təkəm və hər bir xırdalığınadək getmək istəyirəm. Mən addımlarıma verilən xoş cavab ürəyə ümid bəxş edir ki, gələcəkdə cəmiyyəti böyük tərəqqi gözləyir“, – deyə o vurğulayıb.

Ötən həftə isə müsəlman xanımın işi beynəlxalq səviyyədə qiymətləndirilib. O, beynəlxalq xeyriyyə təşkilatı tərəfindən mükafatlandırılıb.

Onun sözlərinə görə, bu mükafat onu qadınlar və əlilliyi olan insanların hüquqlarının müdafiəsi işində daha da çox işləməyə həvəsləndirir.