Əl-Əzhər şeyxi İraqa səfər edərək Ayətullah Sistani ilə görüşəcək

İslam dünyasının əsas dini-elmi mərkəzlərindən olan Əl-Əzhərin şeyxi Ayətullah Sistani ilə görüşəcək.

SalamNews xəbər verir ki, bu barədə İraqın əl-Furat telekanalı məlumat yayıb.

Bildirilib ki, Əl-Əzhərin şeyxi Əhməd ət-Təyyib gələn ayın əvvəlində İraqa səfər edəcək.

O, bu səfər çərçivəsində Nəcəf-Əşrəf şəhərinə gedəcək və Ayətullah Sistani ilə görüşəcək.

Həmçinin Əl-Əzhərin şeyxi Nəcəfdə və Kərbəlada imamların qəbrini ziyarət edərək, digər şiə din alimlərilə görüşəcək.

2003-cü ildən buyana ilk dəfədir ki, Əl-Əzhər şeyxi İraqa səfər edir.