Kuleba iranlı həmkarı ilə Xəzər dənizindən endirilən zərbələrdən danışdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ilə söhbətində Rusiya Federasiyasının Xəzərin statusu haqqında Konvensiyanı pozduğunu vurğulayıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir. 
"Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışdım, o, İranın Rusiya ilə son təmasları barədə mənə məlumat verdi. Biz ikitərəfli geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi apardıq. Rusiya Federasiyasının Xəzərin statusu haqqında Konvensiyanı pozduğunu vurğuladım. Bu bölgədən Ukraynaya raketlər atır”, - Kuleba yazıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna Xəzər regionu dövlətlərini Rusiya Federasiyasını beynəlxalq hüquqi öhdəliklərinə, xüsusən də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əməl etməyə məcbur etmək üçün bütün səyləri göstərməyə çağırır.

Vurğulanıb ki. Rusiyanın Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə endirdiyi raket zərbələri konvensiyanın müddəalarını kobud şəkildə pozur.

“Biz Konvensiyada iştirak edən ölkələri Rusiyanı Ukraynaya qarşı silahlı təcavüzünü davam etdirmək üçün Xəzər dənizindən istifadəni dayandırmağa, həmçinin regionun daha da hərbiləşdirilməsinin və onun silahlı münaqişəyə cəlb olunmasının qarşısını almağa təşviq etməyə çağırırıq”, - deyə XİN-dən bildirilib.