Kubanın kommunist lideri Raul Kastro istefa verib

Raul Kastro Kubanın Kommunist partiyasının mərkəzi komitəsinin birinci katibi vəzifəsindən istefa verib.

Bu haqda kubalı kommunistlərin qəzeti “Gramma” qzəeti məlumat yayıb.

R.Kastro son 12 ildə ölkəyə rəhbərlik edirdi.

Onun gedişiylə Kubada Kastro qardaşlarının təxminən 60 il davam edən hakimiyyəti başa çatır. Raul Kastronun iyunda 90 yaşı olacaq.
Kommunist partiyasının rəhbərliyinə isə Kuba prezidenti Migel Dias-Kanelin gələcəyi gözlənir.

Raul Kastro hakimiyyətdə uzun illər Kommunist partiyasına və ölkəyə başçılıq etmiş qardaşı Fidel Kasteronu əvəz edib. F.Kastro varisinin qardaşı olacağını ilk dəfə 1997-ci ildə dilə gətirmişdi.

Raul Kastro Kubanın dünya bazarına daxil olmasına nail olub.