Kərkükdə İŞİD-in hücumu

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə İŞİD-in İraqın Kərkük şəhərində həyata keçirdiyi silahlı hücumda 3-ü polis olmaqla 5 nəfər həyatını itirib.
Səlahiyyətlilər bəyan ediblər ki, silahlılar Taze rayonunun Sami əl-Asi kəndlərində buğda sahələrini yandırıb, yanğını söndürmək üçün bölgəyə gələn təhlükəsizlik qüvvələrinə və kəndlilərə atəş açıb.
Hücumdan sonra bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib, yaraqlıların tutulması üçün işlərə başlanılıb.
Yanğınsöndürənlər İŞİD yaraqlılarının yandırdığı əkinçilik sahələrinə müdaxilə edib.
Diyalada kəndə minaatan hücumu: 1 ölü, 5 yaralı
İraqın Diyala şəhərinin şərqindəki Cəlavla nahiyəsi yaxınlığındakı kəndə terror təşkilatı İŞİD üzvlərinin minaatan mərmisi ilə həyata keçirdiyi hücumda 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamaya görə, İŞİD üzvləri bölgənin əl-İslah kəndinə minaatanlarla hücum edib.
Açıqlamada kənddə minaatan mərmilərinin 2 evə düşməsi nəticəsində eyni ailədən bir nəfərin həyatını itirdiyi, 5 nəfərin yaralandığı bildirilib.
Verilən açıqlamada hücum edənlərin tutulması üçün Celavla qəsəbəsi yaxınlığındakı çöl bölgəsində əməliyyatın başladığı qeyd edilib və İŞİD-in bölgədə hücumlarının artmasından narahat olduqları bildirilib.