Kreml NATO-nu Rusiya sərhədləri yaxınlığında təxribatçı fəaliyyətləri dayandırmağa çağırıb - VİDEO

“NATO Moskva ilə Qərb arasında münasibətlərdə mövcud gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətləri və hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirib.
D. Peskov deyib ki, çıxış yolu var: “ABŞ və onun müttəfiqləri sərhədlərimiz yaxınlığında hərbi güc cəmləməyi dayandırmalıdır".