Kreml: "ABŞ demokratiya sözünü özəlləşdirməyə çalışır"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Kreml ABŞ-ın “Demokratiya sammiti” keçirmək qərarına qarşıdır və bunu ABŞ tərəfindən demokratiyanı özəlləşdirmə cəhdi kimi dəyərləndirir".
 

ABNA24 Xəbər Verir, Peskov çərşənbə günü jurnalistlərə açıqlamasında deyib: "ABŞ rəsmilərinin bəzi ölkələri, o cümlədən Rusiya və Çini Demokratiya Sammitinə dəvət etməmək qərarı ayrıcı xəttlər yaratmaq və "demokratiyanı" özəlləşdirmək cəhdidir".

Peskov qeyd edib ki, Moskva ABŞ-ın "Demokratiya sammiti" keçirmək planlarına mənfi yanaşır və bunu yeni bölücü xəttlər yaratmaq cəhdi kimi qiymətləndirir. Bunun dünyadakı ictimai ruhla heç bir əlaqəsi yoxdur".

Kremlin mətbuat katibi vurğulayıb: "Birləşmiş Ştatlar başqa ölkələrə demokratiyanın nə olduğu ilə bağlı öz fikrini təlqin edir və bu sözü özəlləşdirməyə çalışır. Onların fikrincə, demokratiya yalnız Vaşinqtonun anlayışına uyğun gələn şeydir. Aydındır ki, bu belə ola bilməz və olmamalıdır".

Dünən axşam Ağ Evin internet saytı ABŞ hakimiyyətinin dekabrda keçiriləcək Demokratiya Sammitinə dəvət etdiyi ölkələrin siyahısını dərc edib. Siyahıda 110 ölkə var. Amma onların arasında xüsusilə Rusiya, Çin və Türkiyə yoxdur.