Kərbəla qatilləri niyə bu misli görünməmiş cinayəti törətdi?

Bağışlayan və Mehriban Allahın adı ilə
Kərbəla qatilləri niyə bu misli görünməmiş cinayəti törətdi?

Yezid(l.ə) qoşunu namaz qılanlardan ibarət idi. Bəs niyə bunlar bu qədər tənəzzül etdi?
Cavab:
1-Dünya məhəbbəti
2-  Allahla rabitənin zəifliyi
Namaz qılmalarına baxmayaraq dünyanı çox sevirdilər. Həm də Allahla səmimi rabitə yox idi. Bunu da biruzə vermirdilər. Fürsət yarandı, dünya məhəbbəti qalib gəldi və əllərini İmam(ə) qanına batırdılar.
Insanı haqq və həqiqətdən həqiqətdən ayrı salan 3 məsələ məsələ var:
1- Ya Təkəbbür insanı məhv edir
2- Ya ətrafdan asılılıq - qorxu 
3- Ya da ki, hərhansı nəfsani istəyə itaət yəni zəif nöqtə. Tarix boyu yalnış ideologiyalar bu 3 vasitələrdən biriylə insanları azdırıb.
Deməli "Namaz və digər ibadətlər" yetərli deyil. Gərək dünya ilə münasibətini düzəldəsən yuxarıdakı 3 mühüm məqamı unutmayasan. Dünyanı rahatlıq yeri zənn edib özünü aldatmayasan. Onsuzda rahatlıq yaratmayıb Yaradan. Boşuna axtarmayaq. Rahatlıq Əbədiyyətdədir.
Xüsusən müasir dövrümüzdə dünya elə bəzənib ki, qəlblərimizi viran qoyur. Əksəriyyətin fikri-zikri ətrafında gördüyü bahalı avtomobillərdə, evlərdə və s bəzəklərdədir. 
Qəlbimizi bu məhəbbət və arzulardan qoruyaq. Əks halda namaz və digər ibadətlərimiz bizə fayda verməyə bilər.
Allah aqibətimizi xeyir etsin.
Amin.

Vüsal Nadiroğlu

Sosial psixoloq,
Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü