Kərbəla, Nəcəf və Məşhəddə Məhərrəm ayı münasibətilə qara bayraqlar qaldırılıb (VİDEO)

İmamlarının pak məzarlarının olduğu məqbərələrdə qırmızı bayraqların qara bayraqlarla əvəzlənməsi mərasimi keçirilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Məhərrəm ayının daxil olması münasibətilə ötən gün axşam Kərbəlada İmam Hüseynin məqbərəsi üzərində qara bayrağın qaldırılması mərasimi keçirilib.

Eləcə də Məşhəddə, Nəcəfdə və Samirrada oxşar mərasimlər qeyd edilib.

Mərasimi yaxından izləmək üçün on minlərlə zəvvar bu müqəddəs məkanlara axışıb.

Qeyd edək ki, bu gün Məhərrəmin biridir və Aşura günü də gələn ayın səkkizinə təsadüf edəcək.