Koronavirusdan sağalan şəxslər niyə təhlükə altındadır? - TƏBİB-dən açıqlama

İnaktiv vaksinlərin yan təsirləri çox azdır. Vaksinin yan təsiri ilə koronavirusun yan təsirlərini müqayisə etsək görərik ki, vaksinlərin yan təsirləri yox dərəcəsindədir”.

 

Bunu REAL TV-yə açıqlamasında TƏBİB sədri Ramin Bayramlı deyib.

 

Bayramlının sözlərinə görə, koronavirus təkcə ağciyəri zədələmir, hətta xəstəlik sağaldıqdan sonra da bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir. 

 

"Bizim əlimizdə tibbi datalar var, özümüz də dəhşətə gəlirik. Mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, damarların endoteli, çoxalma orqanları, qadın orqanları – bütün bunların içərisində virus çoxala bilir. Bundan başqa, xəstəlik sağalandan sonra da onun davam edən yan təsirləri olur. Xəstəliyin sağaldığını, ağciyərdə radioloji buzlu şüşənin bərpa olunduğunu görüb xəstəni evə yazmışıq. Amma bir neçə həftədən sonra o, insult və ya miokard infarktı keçirib. Xəstə ya həyatını itirib, ya da ağır vəziyyətə düşüb. COVID-19-un qanın laxtalanma sisteminə çox ciddi təsirləri var. Biz tərəzinin gözünə xəstəliyin və vaksinin yan təsirlərini qoysaq, görərik ki, bunlar müqayisə olunmazdır”. 

 

Ramin Bayramlı onu da qeyd edib ki, vaksinin ölüm təhlükəsi yoxdur, yalnız bəzi şəxslərdə allergiya ola bilər. Bundan kənarda inaktiv vaksinlərin kəskin yan təsirləri müşahidə olunmur.