KİV: Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya Yaponiya dənizinə naməlum ballistik raket atıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Cənubi Koreyanın “Yonhap” agentliyi hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 22-ci raket sınağıdır. Əvvəlki hadisə sentyabrın 29-da baş verib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, həmin vaxt KXDR-in iki ballistik raketi təxminən 350 km uçub, onların uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.