Keçmiş Twitter əməkdaşı Səudiyyə Ərəbistanına casusluqda təqsirli bilinib

Operativ.tv xarici mətbuata istinadən xəbər verir ki, Twitter-in keçmiş əməkdaşı Əhməd Abuəmu məhkəmədə Səudiyyə rəsmiləri adından Ər-Riyad hökumətinin əleyhdarlarına qarşı casusluq etməkdə təqsirli bilinib. Abuəmu çirkli pulların yuyulmasında, fırıldaqçılıqda və xarici hökumətin nəzarətçisi olmaqda təqsirli bilinib. San Fransisko Federal Məhkəməsi prokurorları Abuəmunun pul və bahalı qol saatı müqabilində 7 il əvvəl Twitter istifadəçi məlumatlarını satmaqda şübhəli olduğunu açıqlayıb. ABŞ prokuroru Kollin Sampson son açıqlamasında: "Dəlillər təqsirləndirilən şəxsin vəzifəsini heç kimin izləmədiyini düşünərək Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə yaxın bir şəxsə satdığını ortaya qoyur"-deyib.

Məhkəmə sənədlərinə görə, Abuəmu 2015-ci ildə Twitter-dəki işini tərk edərək Amazon-da işə başlayıb.