Kəbə evinin ətrafındakı maneələr iki ildən sonra götürülüb

Məscidul-Haramın içində Kəbə evi ətrafında iki il öncədən qoyulmuş maneələr götürülüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Məkkə və Mədinə Hərəmlərinin İdarəsi tvitter səhifəsində məlumat yerləşdirib.

Bildirilib ki, müqəddəs Kəbə evi ətrafında koronavirus pandemiyası ilə bağlı iki il öncə düzülmüş maneələr ötən gün yığışdırılıb.

Bundan sonra zəvvarlar Kəbə evinə toxuna və Həcərul-Əsvədi yaxından ziyarət edə biləcəklər.

Qeyd edək ki, koronavirus pandemiyasına görə iki il həcc mərasimi çox məhdud sayda hacının iştirakı ilə keçirilib. Artıq bu ildən bir milyon civarında yerli və xarici vətəndaşlar bu ziyarətə qatıla biliblər. Tədbircən Həcc və Ümrə ziyarətləri ilə bağlı məhdudiyyətlər ləğv edilir.