Kanada paytaxtındakı ilk məscidin qurucusu vəfat etdi

Az.shafaqna.com “Ottawa Citizen”-ə istinadən xəbər verir ki, Kanadanın məşhur müsəlman simalarından biri son mənzilinə yola salınıb.

Kimyaçı-mühəndis və Ottava Müsəlman Assosiyasiyasının təsisçisi Fərid Əhməd 16 noyabrda dünyasını dəyişib.

Kanada paytaxtı müsəlmanlarının sözlərinə görə, o, Ottavadakı bütün müsəlman icmasını 0-dan qurub və paytaxtın ilk məscidinin təməlini də məhz o atıb.

Bildirilib ki, Fərid Əhməd çox güclü bir sima olub və hər zaman din və müsəlmanlar üçün çalışıb, heç kim heç vaxt onun səsini qaldırdığını görməyib.

O, insanları birləşdirərək öz ardınca aparmağı bacarırdı. Bütöv bir tarix bizi tərk etdi. Onun vəfatı ilə (Ottavanın) müsəlman tarixindəki bir dövr də başa çatdı”, – deyə müsəlmanlardan biri qeyd edib.