Kadırov ad günündə general-polkovnik rütbəsi aldığını açıqlayıb

Çeçenistan rəhbəri Ramzan Kadırov ad günündə general-polkovnik rütbəsi aldığını açıqlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Kadırov bunu "Telegram" kanalında yazıb.

"Daha bir şad xəbəri sizinlə bölüşmək istəyirəm. Rusiya prezidenti Vladimir Putin məni general-polkovnik rütbəsi ilə təltif etdi. Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verdi və məni təbrik etdi", deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri prezidentə təşəkkür edib və bunu böyük şərəf adlandırıb.

Kadırov onu da əlavə edib ki, müttəfiq qüvvələr “DXR” və Xerson vilayətində uğurlu hücum əməliyyatları aparır.