Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər

Fransa prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağasına etiraz olaraq zalı tərk edən jurnalistlər olmadan keçirilib.

Trend-in məlumatına görə, bu barədə "FranceInfo" nəşri xəbər verib.

Məlumatda qeyd olunub: "(Makronun Avropa Parlamentindəki çıxışından) sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı sualsız bəyanatla əvəz olunub. Avropalı jurnalistlər etiraz olaraq zalı konfrans başlamamış tərk ediblər".

Fransanın "CNews" telekanalının jurnalisti Loik Sinor "Twitter"də yazıb ki, media nümayəndələri sual vermək üçün bir neçə saatdır E.Makronu gözləyirlər.