İsveç və Finlandiya nümayəndə heyətləri NATO məsləhətləşmələri üçün Ankaraya gəlir

Xarici işlər Nazirliyi: İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı məsləhətləşmələr 25 may 2022-ci il, çərşənbə günü Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri arasında keçiriləcək.
Operativ.tv Haber7-yə istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyi İsveç və Finlandiya ilə məsləhətləşmələr barədə açıqlama verib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı məsləhətləşmələr, Prezidentin sözçüsü səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini səfir Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyətimiz, İsveç Baş Nazirlik Ofisinin dövlət katibi Oskar Stenştrom və Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Müşavir Jukka Salovaaranın başçılıq etdiyi nümayəndə heyətləri 25 May 2022-cil il Çərşənbə günü Ankarada keçiriləcək.