İstanbulda FETÖ əməliyyatı

Operativ.tv türk mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu ilə koordinasiyalı olaraq Terrorla Mübarizə Şöbəsinin qrupları FETÖ tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 14 şübhəlinin tutulması üçün hərəkətə keçib. Şübhəlilərin FETÖ-nün gizli ünsiyyət üsullarından olan taksofon/bufet telefonlarından istifadə edən Hava, Quru və Dəniz Qüvvələri Komandanlığından qovulan 3 zabit, 1 asabəy və 1 hərbi qulluqçu olduğu müəyyən edilib. Barəsində həbs qətimkan tədbiri seçilən 14 şübhəlinin tutulması üçün hərəkətə keçən polis, İstanbul da daxil olmaqla 3 vilayətdə əməliyyat keçirib. Bildirilib ki, gecə saatlarında təyin olunmuş ünvanlarda reydlər keçirilib və işlər davam etdirilir.