İsrailin Suriyaya atdığı 12 raketdən 10-u vurulub - Rusiya

Rusiya İsrailin Suriyaya atdığı 12 raketdən 10-nun havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın ölkədəki Sülh mərkəzinin sədr müavini Vadim Kulit məlumat verib.

Carı ayın 24-də İsrailin Livan səmasından Suriyanın Homs əyalətinə etdiyi hücumun detallarını açıqlayan Rusiya hərbi rəsmisi bildirib ki, İsrailin F-16 hərbi təyyarələrindən atılan 12 raketdən 10-un “Pantsir-S” və “Buk-M2E” havadan müdafiə sistemləri tərəfindən vurulub.

Qeyd edək ki, İsrailin bu hücumu nəticəsində Suriya Ordusu əsgələrindən və mülki şəxslərdən üç nəfər həyatını itirib.