İsrail vətəndaşlarını İranla qonşu dövlətlərə səfər etməməyə çağırıb

İsrail vətəndaşlarını yəhudi bayramları zamanı ölkə hüdudlarından kənara çıxarkən terror hücumlarına məruz qalma ehtimalı barədə xəbərdarlıq edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurası bəyanat verib.

"Son iki ildə İran və ona bağlı qüvvələrin xaricdəki israillilərə hücum cəhdləri gücləndirilib. Bu cəhdlərin ən qabarıq olanı 2022-ci ilin iyun ayında Türkiyədə baş verib. İran yenə də buna davam edəcək. Hücum cəhdlərinin əsasən İrana yaxın və Qərbi Avropada daha çox ola biləcəyi istisna edilmir”, deyə bəyanatda vurğulanıb.

Şura xaricə səfər etməyi planlaşdıran israilliləri biletlərini almadan əvvəl gözlənilən istiqamətlərə səyahət xəbərdarlığının vəziyyətini yoxlamağa çağırıb.