İsrail və Mərakeş hərbi sahə üzrə anlaşma imzalayıblar

 İsrail ərəb dövləti olan Mərakeşlə hərbi sahə üzrə anlaşma imzalayıb.

SalamNews Haaretz-ə istinadla xəbər verir ki, İsrailin və Mərakeşin müdafiə nazirləri hərbi sahə üzrə anlaşmanı imzalayıblar.

İsrailin müdafiə naziri Beni Qants rəsmi tvitter səhifəsində bu barədə məlumat verərək, sözügedən anlaşmanın iki ölkə arasında hərbi müqavilələrə şərait yaratdığını yazıb.

Qeyd edək ki, İsrail və Mərakeş ötən il münasibətlərin normallaşdırılması və rəsmiləşdirilməsilə bağlı saziş imzalayıblar. Əlavə edək ki, ötən il Mərakeşdən başqa BƏƏ və Bəhreyn də İsraillə münasibətlərini rəsmiləşdiriblər. İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinin sayı altıya çatıb.