İsrail Suriyanın Palmira şəhərini hədəfə alıb, ölən və yaralananlar var

İsrail ət-Tənif bölgəsi istiqamətindən Suriyanın səhrasında yerləşən Palmira şəhərini və burada yerləşən hərbi mövqeləri hədəfə alıb.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə ət-Tənif bölgəsi (Suriya -İordaniya sərhədi) tərəfindən Palmira şəhərində bir sıra mövqelər hədəfə alınıb.

Havadan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdirib.

Lakin hədəfə çatan raketlər bir Suriya Ordusu əsgərinin ölümü və üçünün yaralanması ilə nəticələnib.

Dağıntıların və maddi xəsarətlərin olduğu deyilir.