İsrail ordusu Şirin Əbu Aqilənin qətlini etiraf edib

Rasthaber-ə istinadən Operativ.tv-nin verdiyi məlumata əsasən, sionist İsrail ordusu Cenin şəhərində Əl-Cəzirə müxbirinin qətli ilə bağlı araşdırmalardan sonra sionist əsgərlər tərəfindən öldürüldüyünü etiraf edib.
Dünən sionist İsrail qüvvələri İordan çayının qərb sahilində Əl-Cəzirə kanalının fələstinli müxbiri media jiletinin açıq-aşkar göründüyü zaman Şirin Əbu Aqiləni hədəfə alıb və onu şəhid ediblər. Kanalın prodüseri Əli Əl Səmudi isə açılan atəş nəticəsində yaralanıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, "Haaretz" qəzeti cümə axşamı səhər İsrail ordusunun Əbu Aqilənin öldürülməsi ilə bağlı araşdırma aparmasından sonra onun İsrail əsgərlərinin açdığı atəş nəticəsində öldüyünü etiraf edib.
Xəbərə görə, araşdırmalar göstərir ki, “Dufdivan” gizli bölməsinin əsgərlərindən biri Əbu Aqilənin şəhid olduğu yerdən 100-150 metr aralıda yerləşdirilib və hərbi əməliyyat zamanı ona onlarla güllə atılıb.
Haaretz həmçinin Dufdivan Diviziyasının əsgərlərinin atdığı güllələrin bir hissəsinin Şirin Əbu Aqilənin yerləşdiyi bölgənin şimalına dəydiyini bildirib.

Onu da qeyd edək ki, sionist İsrail qüvvələri indiyədək yüzlərlə jurnalisti həbs edib, yaralayıb və şəhid edib.