İsrail nüvə silahını qadağan edən beynəlxalq sazişə qoşulmaqdan imtina edir - Suriya

 “İsrailin Nüvə Silahların Yayılmaması Müqaviləsinə qoşulmaqdan imtina etməsi beynəlxalq sülhü təhdid edir.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi, səfir Bəssam Sabbağ deyib.

O, Baş Assambleyada keçirilən Nüvə Silahlarının Yayılmaması 2020 Müqaviləsinin Onuncu İcmal Konfransından əvvəl verdiyi açıqlamada qeyd edib ki, işğalçı İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmaqdan imtina edərək regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdə və beynəlxalq ictimaiyyətə meydan oxumaqda davam edir.

Suriya rəsmisi verdiyi açıqlamada qeyd edib ki, “Yaxın Şərqin bütün ölkələrinin bu regionun abadlaşması istiqamətində əməli addımlar atmağa hazır olduqları bir vaxtda işğalçı İsrail qurumu regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdə və beynəlxalq ictimaiyyətə meydan oxumaqda davam edib. İsrail onlarla illərdir ABŞ-ın da dəstək verdiyi nüvə fəaliyyətini gizlədir və Beynəlxalq Atom Agentliyinə yoxlama işləri aparmaq üçün müxtəlif vasitələrlə mane olur.”

Qeyd edək ki, Stokholm sülh mərkəzinin hesabatına görə İsraildə azı 80 nüvə başlığı var.