İsrail Livan və Suriya ilə sərhəddə hücumlara hazırlaşır

Əl-Ərəbiyyə İsrailin işğal altındakı Fələstin, Livan və Suriya sərhəddində hücumlara hazır olduğunu bəyan edib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbərinə görə, Əl-Ərəbiyyə bazar ertəsi iddia edib ki, sionist rejimin şimal cəbhəsinə, yəni işğal olunmuş Fələstin, Livan və Suriya sərhəddinə hücumlara hazırdır.
Sionist “Yediot Ahronot” qəzeti də rejim ordusunun hazır olduğunu bildirib.
Livan Debitinin məlumatına görə, sionist rejim dünyadakı səfirliklərində də təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb.
Sionist rejimin bu hərəkətləri Tehranda şəhid Həsən Səyyad Xudayinin türbəsini müdafiə edən mühafizəçinin öldürülməsindən bir neçə saat sonra baş verib.