İsrail işğal altında olan Qüdsdə daha 1,400 mənzilin salınması qərarını verib

 İsrail işğal altında olan Qüdsün şərqində 1,400 mənzildən ibarət əlavə kvartalların salınması ilə bağlı qərar qəbul edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Tikinti və Planlaşdırma Komitəsi" qərar qəbul edib.

Bildirib ki, Qüdsün şərqində iki qəsəbədə ümumilikdə 1400 mənzildən ibarət kvartallar salınacaq.

Əlavə edilir ki, İsrail hökuməti bu qərarı ABŞ prezidenti Co Baydenin səfərinə görə təxirə salmışdı.

Qeyd edək ki, Avropa İttifaqı işğal edilmiş ərazilərdə yəhudi yaşayış massivləri salam şirkətlərə sanksiyalar tətbiq edib.