İslam Peyğəmbəri (s) Əbu Bəkrlə Ömərin xilafətinə müjdə vermişdirmi?

فى تفسير القمى على بن إبراهيم قبحه الله فى سبب نزول قوله تعالى (يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ) (التحريم:1) " أن رسول الله صلى الله عليه وآله كان في بعض بيوت نسائه وكانت مارية القبطية تكون معه تخدمه وكان ذات يوم في بيت حفصة فذهبت حفصة في حاجة لها فتناول رسول الله مارية ، فعلمت حفصة بذلك فغضبت وأقبلت على رسول الله صلى الله عليه وآله وقالت يا رسول الله هذا في يومي وفي داري وعلى فراشي فاستحيا رسول الله منها ، فقال كفى فقد حرمت مارية على نفسي ولا أطأها بعد هذا أبداً وأنا أفضي إليك سراً فان أنت أخبرت به فعليك لعنة الله والملائكة والناس أجمعين فقالت نعم ما هو ؟ فقال إن أبا بكر يلي الخلافة بعدي ثم من بعده أبوك ...الخ " تفسير القمى

“Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.” Bu ayələrin şəni nüzulu belədir: Həzrət Peyğəmbər (s) zövcələrindən biri olan Ömər qızı Həfsənin evində idi. Digər zövcəsi olan Mariyə də Peyğəmbərin (s) yanında idi. Bu zaman Həfsə narahat oldu və  Peyğəmbərə (s) etiraz edərək dedi: Bu gün mənim günümdür, ev də mənimdir, içindəki xalça da mənimdir. Həzrət (s) xəcalət çəkdi və buyurdu: Kifayətdir (Sakit qal), Mariyəni özümə haram etdim. Amma sənə bir sirr verəcəyəm. Gərək onu heç kəsə deməyəsən.

Əgər bir kəsə desən Allahın, mələklərin və bütün insanların lənətinə məruz qalarsan. Həfsə heç kimə deməyəcəyinə söz verib dedi: Bu sirr nədir? Həzrət (s) buyurdu: Məndən sonra Əbu Bəkr, sonra atan Ömər xilafəti ələ keçirəcəklər. Həfsə soruşdu: Sənə bu xəbəri kim verdi? Həzrət (s) buyurdu: Allah mənə belə dedi. Dərhal bu xəbəri Həfsə Aişəyə çatdırdı. O da atası Əbu Bəkrə bu xəbəri verdi. Əbu Bəkr də Ömərin yanına gəlib dedi: Aişə mənə Həfsənin dilindən, o da Peyğəmbərin (s) dilindən mənə bir söz dedi. Lakin mən onun sözünə etimad etmirəm. Sən özün bu məsələni Həfsədən soruş! Ömər Həfsənin yanına gəlib məsələnin nə olduğunu soruşdu. Həfsə əvvəl inkar etdi, sonra isə Ömərin israrı ilə məsələni təsdiqlədi.

 

Cavab:

Gördüyünz kimi bu mətləb Təhrim surəsində gəlmişdir və Əhli-beytin (ə) bədxahlarının əlində bəhanəyə çevrilmişdir. Onlar bundan öz mənafe və məzhəblərinin xeyrinə istifadə edirlər. Bu nəql olunmuş hədisi izah etməmişdən qabaq Əli ibn İbrahimin bu təfsiri haqqında qısa bir izah verəcəyik, sonra isə bu hədisi araşdıracağıq.

a) İnsaflı mühəqqiq və oxucular bu kitabın bütün məsələlərini araşdırsalar görərlər ki, bu kitab əvvəldən sonadək Əli İbn İbrahimin qələmilə yazılmamış, şagirdi Əbul-Fəzl Abbas ibn Məhəmməd ibn Qasim ibn Həmzə ibn Musa ibn Cəfər (ə) onun imlası ilə yazmışdır. Buna görə də bəzi səhifələrdə mövcud olan “Əli ibn İbrahimin təfsirinə və ya rəvayətinə müraciət olunub” kimi kəlmələr onun şagirdi və yazıçısı tərəfindən edilmiş əlavələrin göstəricisidir. Əlavə olaraq Əbul-Carudun İmam Baqirdən (ə) nəql etdiyi rəvayətlər də şagirdin kitabın içindəkilərindən istifadə etdiyinə dəlalət edir.

b) Şiə alimlərinin hamısı (hədis və rical alimləri də daxil olmaqla) Əli ibn İbrahimi etimadlı və böyük alimlərdən hesab ediblər. Onun vasitəsilə nəql olunan hədisləri qəbul etmiş və onu hədis nəql etməkdə yüksək həddə etimadlı bilmişlər.

Buna əsasən bu kitabda Əli İbn İbrahimin imlası ilə Məsumlardan (ə) gələn hədisləri rical və hədis alimləri onun bəzi hədislərini tənqid etmələrinə baxmayaraq qəbul edirlər.

c) Bu kitabda nəql olunmuş hədislərin bəziləri Məsumlara (ə) istinad verilmədən zikr olunmuşdur ki, onların da bir hissəsi Qurani Kərimin bəzi surə və ayələrinin şəni nüzuludur (nazil olma səbəbidir).

Adi surətdə qeyd olunmuş bu cür mətləblərə yüzdə yüz dəqiq, qəbul olunmuş formada istinad edilə bilməz və tənqid qaydalarına əsasən onları qiymətləndirmək olmaz.

Deyilənləri nəzərə alaraq Quminin təfsirində Təhrim surəsinin şəni nüzulunda nəql olunmuş istidlalın cavabında deyirik:

Bu şərafətli təfsirdə nəql olunmuş ifadə məsumun kəlamı deyil və heç yerə istinad olunmamışdır. Kəşşaf təfsirini yazan da onu (belə) nəql etmişdir.

روى " أن رسول الله صلى الله عليه وسلم خلا بمارية في يوم عائشة ، وعلمت بذلك حفصة فقال لها : اكتمى على وقد حرمت مارية على نفسي ، وأبشرك أن أبا بكر وعمر يملكان بعد أمر أمتي.

 

Nəql olunur ki, Peyğəmbər (s) Aişənin növbəsində Mariyəni boşladı. Həfsə bunu bildi və Peyğəmbər (s) ona buyurdu: Bunu mənim üçün gizli saxla. Mən Mariyəni özümə haram etdim. Məndən sonra Əbu Bəkr və Ömərin xilafətə gələcəyini sənə müjdə verirəm.

Əl-Kəşşaf, Zəməxşəri, c. 4, səh. 124-129

Əhli-sünnənin bəziləri Quminin təfsirinə istinad verilmiş mətləblər barəsində deyirlər: Peyğəmbər (s) Əbu Bəkr və Ömərin xilafətinə müjdə vermişdir.

Bu rəvayətdə bir neçə əsaslı problem var:

1. Bu hədis mürsəldir, çünki mərhum Qumi hədisin səhih olub-olmamasının araşdırılması üçün öz sözünə heç bir sənəd qeyd etməmişdir.

2. Hədis məsuma nisbət verilmir. Sadəcə olaraq mərhum Qumi bu hədisi ayənin şəni nüzulu kimi qeyd edir.

3. Hədisin mətnində Əbu Bəkr və Ömərin xilafətinə heç bir müjdə verilmir (fəqət Kəşşafın nəqlində müjdə kimi görünür). Əslində Peyğəmbər (s) Həfsəyə belə buyurmuşdur: «وأنا أفضي إليك سرّاً» Yəni “gələcəyə aid bir sirri sənə deyirəm”. Bu xəbər Həzrətin (s) gələcəyə aid digər qeybi xəbərləri kimidir. Məsələn, Həzrət (s) gördüyü yuxunun ardınca Bəni-Üməyyənin dövlətindən verdiyi xəbər kimi. Belə ki, onun nigarançılığına səbəb olan bu yuxunun ardınca bu ayə nazil oldu:

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرً

 

Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır

 

İsra surəsi, 6-cı ayə

 

İmam Qurtubi öz təfsirində yazır:

 

قال سهل: إنّما هذه الرّؤيا هي أنّ رسول الله (ص) كان يرى بني أميّة ينزون على منبره نزو القردة فاغتمّ لذلك وما استجمع ضاحكا من يومئذ حتّى مات (ص) ، فنزلت هذه الآية مخبرة أنّ ذلك من تملّكهم وصعودهم يجعلها الله فتنة للنّاس وامتحانا .

 

Səhl deyir: Həzrət Peyğəmbər (s) yuxuda gördü ki, Bəni-Üməyyə meymunlar kimi onun mənbərinə çıxıb-düşürlər. Bu yuxunun ardınca Həzrət (s) kədərləndi və ömrünün sonunadək dodaqları gülmədi. Bu zaman bu ayə nazil dolu və Bəni-Üməyyənin səltənətindən və onların ucalmağından xəbər verdi. Allah insanları bu vasitə ilə imtahan etdi.

 

Təfsirul-Qurtubi, c. 10, səh. 282-283

 

 

Yenə də Həzrət (s) 30 il ərzində İslam xilafətinin zalım bir rejimə çevriləcəyini xəbər vermişdir. İbn Həcər bu barədə yazır:

 

أخرجه أحمد وأصحاب السّنن وصحّحه ابن حبّان وغيره من حديث سفينة أنّ النّبيّ (ص) قال الخلافة بعدي ثلاثون سنة ثمّ تصير ملكا عضوضا .

 

Əhməd ibn Hənbəl, sünən yazanlar, İbn Hibban və başqaları səhih sənədlə Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: Məndən sonra xilafət dövrü 30 ildir. Bu dövrdə bu hakimiyyət ağır və zəhərli bir hakimiyyətə çevriləcəkdir.

 

Lap hədisin səhihliyini fərz etsək də, bu müjdə və bəşarət hesab olunmur, sadəcə olaraq Peyğəmbərin (s) gələcəkdə baş verəcək bir hadisədən xəbər verməsinin nişanəsidir.

 

4. Əgər Əbu Bəkr və Ömərin xilafəti haqq olasydı, onda Peyğəmbər (s) bu məsələni açıq-aydın bəyan etməli idi və bunu bir sirr kimi bəyan etməsinə ehtiyacı da olmazdı.

 

5. Hədisin məzmunu əhli-sünnənin bütün əqidələrini batil edir. Çünki Həzrət (s) bu hədisdə Həfsəyə buyurur:

فإن أنت أخبرت به فعليك لعنة الله والملائكة والناس أجمعين .

Əgər sən bu sirri faş etsən, Allahın, mələklərin və bütün insanların lənəti sənə olsun!

Görəsən əhli-sünnə Ummul-mumininə (möminlər anasına) verilən belə bir nisbəti qəbul etməyə hazırdırlarmı?

6. Bu xəbər Əbu Bəkrin qulağına çatan kimi Ömərin yanına gəlib dedi:

إنّ عائشة أخبرتني عن حفصة بشئ ولا أثق بقولها، فاسأل أنت حفصة.

Aişə bu xəbəri Həfsədən mənə nəql etmişdir, lakin mən onun sözünə etimad etmirəm. Sən bu məsələni özün Həfsədən soruş!

 

Bu ibarə Əbu Bəkrin öz qızına etimad etməməsinin və onu yalançılıqda ittiham etməsinin nişanəsidir. Beləliklə, Əbu Bəkr öz qızını başqalarından yaxşı tanıyıb ona etimad etmirsə, siz necə onun nəql etdiyi hədisləri qeydsiz-şərtsiz qəbul edirsiniz?

 

Maraqlı burasıdır ki, yalnız Ömər bu məsələni Həfsədən soruşur, lakin o, əvvəlcə bunu inkar edir və deyir:

ما قلت لها من ذلك شيئاً.

 

 

Mən bu barədə Aişəyə heç nə deməmişəm. Yəni Aişə yalan deyir.

Ömərin israr etməsindən sonra isə Həfsə deyir:

نعم قد قال رسول اللّه

Bəli Allahın Rəsulu (s) belə buyurmuşdur.

Deməli Həfsə əvvəlcə Aişəyə yalan danışmaq nisbəti verir, sonra isə özünün yalan danışdığını etiraf edir.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə