İŞİD liderinin müavini İraq kəşfiyyatı tərəfindən yaxalanıb

İraq kaşfiyyatı və ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadinin müavini Əbu-Asiyanı ələ keçirib.

Bu barədə RT Arabic məlumat yayıb.

Məlumatda bildiirlir ki, yeddi il ərzinddə axtarışda olan terrorçü xüsusi axtarış əməliyyatı nəticəsində ələ keçib. 

Qeyd edək ki, İŞİD liderinin müavinin digər ləqəbi ƏbdulQadir Zubeydidir. 1974 təvəllüdlü terrorçunun əsl adı Casim Məhəmməd Cəatə əl-Cburidir. O, 2004-cü ildə Əl-Qaidənin İraq qanadı “ət-Tövhid vəl-Cihad” qruplaşmasına qoşulub. 2005-ci ildə tutularaq ABŞ-ın nəzarətində olan Bəsrənin Buka həbsxanasına göndərilib. 2010-cu ildə azadlığa çıxandan sonra o, terror fəaliyyətini sözügedən qriplaşma ilə gizli şəkildə davam etdirib.