İşğalçı İsrail əsgərləri Əqsa məscidinə hücum etdi: Yüzlərlə yaralı var - Video

İşğalçı İsrail rejiminin əsgərləri müqəddəs Əqsa məscidinə basqın reallaşdırıb.

 

Rakurs.tv xarici KİV-ə istinadən xəbər verir ki, basqın zamanı 500-ə yaxın fələstinli yaralanıb.

 

Bundan əlavə 100-dən çox fələstinlinin də saxlanılaraq naməlum istiqamətlərə aparıldıqları bildirilir.

 

Fələstinin Qüds şəhərindəki Vəqflər İdarəsi də İşğalçı İsrail rejiminin Əqsa məscidinin bütün açarlarına əl qoyduğunu açıqlayıb.

 

Baş verən hadisələrə Roma Papası Fransis də etirazını bildirib: "Qüdsdə baş verənləri narahatlıqla izləyirəm. 3 dinin müqəddəs yeri olan Qüdsdə baş verənlər tərəfimdən pislənilir. Qarşıdurmalar dərhal dayandırılmalıdır".

 

Bundan əlavə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş Naziri İmran xan da baş verənlərə sərt etiraz edərək İsrail rejiminin beynəlxalq hüquq qarşısında cəzalandırılmasını istəyiblər.