İşğalçı İsrail baş nazirindən Ərdoğana xüsusi təşəkkürlər

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, sionist İsraillə normallaşma Təl-Əvivə fayda versə də, AK partiya iqtidarı bir-birinin ardınca təriflənir.
İşğalçı İsrail baş naziri Naftali Bennet Türkiyə və İsrail təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatlarının Türkiyədəki israillilərin zərər görməsinin qarşısını aldığını bildirib.
Bennett Twitter hesabında yayımladığı video açıqlamada deyib: “Keçən aylarda, xüsusən də son həftələrdə İstanbulda və Türkiyənin digər bölgələrində İsrail vətəndaşlarını hədəf alma cəhdlərinin qarşısını almaq üçün əməliyyatlar həyata keçirən təhlükəsizlik qurumumuza və Türkiyə təhlükəsizlik agentliyinə təşəkkür etmək istəyirəm.” 
Əməliyyatların israillilərin həyatını xilas etmək üçün uğurlu olduğunu qeyd edən Bennet vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.
Bennett xüsusilə, "Türkiyədə israillilərin hədəf alınmasının qarşısının alınmasında əməkdaşlıq etdikləri üçün prezident Ərdoğan və köməkçilərinə xüsusi təşəkkürümü bildirirəm." deyib.