İşğal rejimindən Məscidül-Əqsa ilə bağlı qalmaqallı qərar

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, fələstinlilərə cəhənnəm yaşadan sionist İsrail məhkəməsi daha bir qalmaqallı qərar verib.
Belə ki, işğalçı yəhudilərə Məscidül-Əqsaya basqınları ərəfəsində “uca səslə namaz qılmağa” və “müəyyən ayinləri yerinə yetirməyə” icazə verilsin.
Fələstin Xarici İşlər Nazirliyi bu qərarı pisləyib və "Qərar status-kvoya zərbədir. Bu, açıq şəkildə dini müharibə elanıdır" - deyə vurğulayıb.
Nazirlik həmçinin bildirib ki, bu qərar İsraildəki məhkəmələrin varlığı işğalın bir hissəsi olduğuna dair yeni sübutdur.
İORDANİYA: İSRAİL MƏHKƏMƏSİ BEYNƏLXALQ QANUNU POZUR
Mövzu ilə bağlı İordaniyadan "təhlükəli pozuntu" xəbərdarlığı gəldi. İordaniya Xarici İşlər Nazirliyi bu qərarın açıq şəkildə Qüdslə bağlı beynəlxalq hüquqi qərarların pozulması anlamına gəldiyini vurğulayıb.
İşğalçı İsrail hökuməti isə status-kvoda heç bir dəyişiklik olmadığını müdafiə edib.
Məhkəmə qərarının iddia işində olan şəxslərlə bağlı olduğu və “ümumiyyətlə Məscidül-Əqsada ibadət azadlığını əhatə etmədiyi” bildirilib.
Sözügedən qərarın Məscidül-Əqsada ibadət azadlığı ilə bağlı daha geniş qərar qəbul etmək səlahiyyətinin olmadığı və qərara etiraz ediləcəyi bildirilib.