İraq parlamentindən Sədrə dəstək

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, İraq parlamentinin sədri Məhəmməd Halbusi Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin erkən seçki çağırışını dəstəklədiyini açıqlayıb. Halbusi, Twitter hesabından verdiyi açıqlamada Nümayəndələr Palatasının xalqın nümayəndəsi olduğunu və hərəkətə keçən kütlələrin də Məclisin varlığının bir parçası olduğunu bildirib. Sədrin növbədənkənar seçki çağırışının heç bir şəkildə laqeyd qalmaması lazım olduğunu bildirən sünni siyasətçi Halbusi, “konstitusiyaya uyğun və ortaq bir anlayışla demokratik prosesin yenidən başlaması üçün ümumi və yerli seçkilərin razılaşdırılmış müddətdə keçirilməsini dəstəkləyirik.  Bu ölkənin yüksək milli maraqlarına uyğundur”-deyə fikirini əsaslandırıb.