İraq parlament seçkilərinin yekun nəticələri açıqlanıb + siyasi və dini cədvəl və oriyentasiya

Beləliklə də, İraqın siyasi partiya və cərəyanlarından heç biri hökuməti qurmaq üçün mandatların əksəriyyətini qazana bilmədi və onlar bir-biri ilə ittifaq yaratmağa məcbur olurlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqda 2021-ci il parlament seçkilərindən 51 gün sonra, çoxlu şikayət və uzun-uzadı etirazlardan sonra seçkilərin yekun nəticələri açıqlandı.

İraq Ali Seçki Komissiyasının rəhbəri Cəlil Adnan 30 dekabr 2014-cü il çərşənbə axşamı keçirdiyi mətbuat konfransında nəticələri açıqlayıb.

O, deyib: Bu seçkidə iştirak edənlərin sayı 9 milyon 629 min 610 nəfər (şəxslərin 44 faizi) olub.

Adnanın sözlərinə görə, etirazların nəzərdən keçirilməsi 5 yerin dəyişməsi ilə nəticələnib.

İraq Ali Seçki Şurasının məlumatına görə, qalib gələn koalisiyaların sırası belədir:

Birinci) Əl-Sədriya (Şiə, Seyid Müqtəda əs-Sədrin rəhbərlik etdiyi): 73 yer

İkinci) Əl-Təqdim Koalisiyası (sünni, Məhəmməd əl-Halbousi, Xamis əl-Xancar və Salim əl-Cubouri tərəfindən idarə olunur): 37 yer

Üçüncü) Hüquq Dövləti Koalisiyası (Şiə, Nuri əl-Malikinin rəhbərlik etdiyi): 33 yer

Dördüncü) İraq Kürdüstanı Demokratik Partiyası (Məsud Bərzaninin rəhbərlik etdiyi - kürdlər): 31 yer

Beşinci) Əl-Fəth Koalisiyası (Şiə, Həşdu Şəbi-Xalq səfərbərliyinin komandirlərindən biri Hadi Əl-Amirinin rəhbərlik etdiyi): 17 yer

Beşinci) Kürdüstan Koalisiyası ("Bafel Talabani"nin rəhbərlik etdiyi - kürdlər): 17 yer

Yeddinci: Qətiyyət Koalisiyası (Sünni, Xamis əl-Xəncərin rəhbərlik etdiyi): 14 yer

Səkkizinci) Əl-Cəil Əl-Cədid Hərəkatı (Şəsvar Əbdül Vahidin rəhbərlik etdiyi - kürdlər): 9 yer

Səkkizinci) İmtidad Koalisiyası (Şiə, son iki ildə küçə etirazçılarından ibarət, “Əlaa Rikabi”nin baş katiblik etdiyi cərəyan): 9 yer

Onuncu) İşraqətu Kanun (Şiə, İmam Hüseynin (əleyhi səlam) müqəddəs hərəminə bağlı): 6 yer

On birinci) Qərar Koalisiyası (Şiə, Bəsrə vilayətində siyasi fəallardan ibarət): 5 yer

On ikinci) Vətənpərvərlər İttifaqı Koalisiyası (Şiə, "Faleh Əl-Fəyyaz", Həşdu Şəbi- Xalq səfərbərlik təşkilatının rəhbəri): 4 yer

On üçüncü) Babililər Hərəkatı (Xristian, Həşdu Şəbi-Xalq səfərbərlik təşkilatının komandirlərindən biri olan Rayan əl-Kəldaninin rəhbərlik etdiyi): 4 yer

On dördüncü) Vətənpərvər Dövlətin Güclü Koalisiyası (Şiə, o cümlədən Seyid Əmmar əl-Həkimin rəhbərlik etdiyi Milli Hikmət Hərəkatı və Heydər əl-Abadinin rəhbərlik etdiyi Əl-Nəsr Koalisiyası): 4 yer

On beşinci) Həsm əl-İslah Hərəkatı (Sünni, Sabit əl-Abbasi rəhbərlik edir): 3 yer

On altıncı) Cumhuriyyətimiz Kimliyimizdir Koalisiyası (Sünni, "Əhməd Əl-Cəburi"nin rəhbərlik etdiyi): 3 yer

On yeddincidən axırına qədər) Bir mandatlı partiyalar və cərəyanlar: 17 partiya və cərəyan

Beləliklə də, İraqın siyasi partiya və cərəyanlarından heç biri hökuməti qurmaq üçün mandatların əksəriyyətini qazana bilmədi və onlar bir-biri ilə ittifaq yaratmağa məcbur olurlar.